Слайд 1Xəstəxanadaxili infeksiyalar və onlarla mübarizənin əsasları, əksepidemik tədbirlər
Dr. Sevda Məmmədova
Слайд 2Xəstəxanadaxili infeksiya nədir?
Hospital (xəstəxanadaxili və ya nozokominal) infeksiya nədir
?
ÜST-nin tərifinə görə, nozokominal infeksiya-pasiyentin xəstəxanaya tibbi yardım üçün müraciət
etməsi və ya orada qalması zamanı inkişaf edən klinik cəhətdən aşkar olunan istənilən yoluxucu xəstəlikdir.
Слайд 3Xəstəxanadili infeksiyalar nə zaman və nəyə görə baş verir?
1.Müalicə- profilaktika
müəssisələrində əksepidemik rejim pozulduqda ,
2.Zərərsizləşdirilməmiş alətlərdən istifadə etdikdə,
3.Fəaliyyəti nəticəsində (cərrahların
B və C viruslu hepatitləri, İİV ilə yoluxması)
4.Laboratoriyalarda qəzalar nəticəsində baş verir.
Слайд 4Xəstəxanadaxili infeksiyalarla xəstələnmə statistikası
Orta hesabla stasionara hospitallaşmış xəstələrin 3-5 faizində
nozokominal infeksiya inkişaf edir.
L.P.Puzayevanın məlumatlarına görə, Sank-Peterburq şəhərində stasionarlarında xəstəxanadaxili
xəstələnmə 1998-ci ildə 1000 xəstəyə 7.2 hadisə təşkil etmişdir.
Rusiyada 2.5 milyon-a yaxın şəxs nozokominal infeksiyaya yoluxur, halbuki o, 50 dəfə az qeydə alınır.
Слайд 5Etioloji baxımdan hospital infeksiyalar təqribən 90 faizə yaxın bakterial mənşəlidir,
az hallarda viruslar, göbələklər və ibtidailər tərəfindən törədilir. Buna xəstəxanada
müalicədə olan pasiyentlərin immunsupresiya halları ilə izah olunur.En esası dərman vasitələrinin nəzarətsiz şəkildə istifadəsi nəticəsində antibyotikrezistenliyin qlobal inkişaf meyli fonunda nozokominal infeksiyaların törədicilərinin davamlığı xeyli artmışdır.
Слайд 6Müalicə profilaktika müəsisələrində en çox rast gəlinən xəstəxanadaxili infeksiyalar hansılardır?
1.Qram
müsbət bakteriyalar (staf.aureus, A,B,C.G grup streptokokklar)
2.Anaerob bakteriyalar( anaerorob koklar, histoloji
klostridiyalar, Clostridium tetani)
3.Gram-mənfi aeorob bakteriyalar( salmonella,E.coli, proteus, Klebsiella,Pseudomonas aeruginosa, acinobakteriyalar
Слайд 84.digər bakteriyalar. Corinobacterium diphteriae, mucobacteriuum tuberculosis, listeria, adsız mikobakteriyalar, bordatella
pertussus.
5.viruslar. Hepatitlər, qrip, KRX, herpes simplex, sitomeqaliya, qızılca, məxmərək, rotaviruslar,
su çiçəyi.
6.göbələklər.candida, nocardia, histoplazma və s.
Слайд 10VƏRƏMİN EPİDEMİOLOGİYASI
Vərəm xəstəliyinin mənbəyi xəstə insanlar, heyvanlar və quşlardır. Epidemioloji
cəhətdən ən qorxulu olanlar bəlğəmlə küllü miqdarda mikobakteriyaları xaric edən
xəstələrdir. Bir xroniki vərəmli xəstə sutka ərzində 7 milyarda qədər vərəm çöpləri xaric edir. Belə xəstə 1 dəfə öskürərkən havaya 60 minə yaxın tüpürcək dənəcikləri püskürür. Bir açıq formalı vərəmli xəstə il ərzində 8-12 yeni sağlam şəxsin vərəmə tutulmasına və 150-200-ə yaxın sağlam şəxsin vərəmə yoluxmasına səbəb ola bilər.Vərəm mikobakteriyaları təkcə bəlğəmlə deyil sidik, nəcis və irinlə də xaric olunurlar.
Слайд 11Xəstəxanadaxili infeksiyasının yayılma yolları
• Xəstə ↔ Tibb işçisi
• Tibb
işçisi ↔ Xəstə
• Xəstə ↔Xəstə
Слайд 12Əksepidemik tədbirlər nə deməkdir ?
Əhali arasında yoluxucu xəstəliklərin yayılmasının qarşısını
alan, əhalinin xəstələnməsini azaldan və ayrı –ayrı infeksiyaların ləğvinə gətirib
çıxaran metod və vasitələrin sistemidir.Əksepidemik tədbirlərin optimal variantı əksepidemik prosesin hər 3 halqasına eyni zamanda təsir edilməsinə əsaslanmışdır.
Слайд 13Əksepidemik və profilaktik tədbirlər sxemi
Слайд 17Sanitar maarif işi –Şəxsi gigiyena qaydalarına əməl etmək.Əllərin düzgün yuyulma
qaydası
Слайд 18Texniki tədbirlər
1.Təbii ventilyasiya. İlin isti aylarında daima, soyuq aylarda rejimlə
(gün ərzində ən azı 4 dəfə 30-60 dəq) havalandırmanın gözlənilməsi
2.
Məkanda risk dəyərini nəzərə alaraq bakteriosid lampaların rasional şəkildə yerləşdirilməsi və tətbiqi
3. Tullantıların yığılması,saxlanılması və istifadə edilməsinə nəzarə
Слайд 19Tənəffüs orqanlarının fərdi müdafiəsi
1. VƏD-in hər əməkdaşını fərdi respiratorla
təmin etmək
2. Əməkdaşları yüksək risk yerlərində daima maska geyməyə məcbur
etmək
3. Əməkdaşlara respiratorlardan düzgün istifadə etməyi və onları deformasiyadan qorumaq üçün düzgün saxlamağı öyrətmək
4. Basilyar vərəm xəstələri lazımi tibbi proseduraları keçmək üçün ixtisaslaşmış şöbə hüdudlarından kənara çıxarkən onları birdəfəfəlik və ya cərrahi maskalarla təmin etmək
Слайд 205. Xəstələrə təlim keçmək və onlara maska geyinməyin vacibliyini izah
etmək və s.
6.Vərəmə yüksək yoluxma riski olan əraziləri : “Diqqət!
Yüksək yoluxma riski zonası! Respiratordan istifadə edin!” yazıları ilə təchiz etmək
Слайд 22Respiratorlar
Cərrahi maskalardan fərqli olaraq, ağzı və burnu tam örtən, eləcə
də, kontagioz aerozolları filtrasiya edən respiratorlar (şək. 8.1-8.4) daha güvənli
fərdi respirator mühafizə vasitələridir.
Слайд 24Respiratorlar test edilməli və sertifikasiyalaşdırılmalıdırlar
Vərəm əleyhinə müəssisələrdə istifadəsi məsləhət görülmüş
respiratorlar, havaya səpələnmiş VMB ölçüsündə hissəcikləri filtrasiya etmək qabiliyyətinin dərəcəsinə
görə təsnif edilirlər. Bu xüsusiyyətə görə respiratorlar FFP2 və FFP3 sinfinə ayrılır (ENI49:2001 norması – “burun, ağız və çənəni toz, bərk və duru hissəciklər, bakteriyalar və viruslar kimi mikroskopik hissəciklərdən mühafizə edən, filtrasiyalı birdəfəlik respirator maskalara tətbiq edilən “Respirator Mühafizə üzrə Avropa Standartı” ).
Слайд 25Respiratorların növləri və CDC/NIOSH standartları
Слайд 26Cərrahi maskalar.
Parça və ya kağız, birdəfəlik və ya çoxdəfəlik cərrahi
maskalar (üz maskaları) danışıq, asqırma və ya öskürmə zamanı xaric
olan iri hissəcikləri tutaraq, mikroorqanizmlərin havaya düşməsinə yalnız qismən mane olur. Bu maskalar havadakı VMB ilə yoluxmadan tam mühafizə etmir, belə ki, üzə sıx oturmur və filtrasiya qabiliyyəti məhduddur. Bu səbəbdən, bu maskalar, ftiziatrik şöbə işçilərinin basilyar aerozollardan mühafizəsi məqsədilə tövsiyə edilmir. Bununla yanaşı, onlar, havaya kontagioz aerozolların ifrazını azaltmaq məqsədilə, VMB ifraz edən və ya şübhəli xəstələr tərəfindən istifadə edilə bilər. Belə xəstələr palatadan digər məkanalara yer dəyişərkən bu maskalardan istifadə etmək məsləhət görülür.